Ukrayna Prezidenti Vladimir Zelenski hazırkı siyasi vəziyyətdə Rusiyanı hər hansı təxribatdan çəkinməyə çağırıb.
Hokm.az xəbər verir ki, Ukrayna lideri bu barədə CNN-ə danışıb.
“Bir güllə, bir top atəşi müharibəni başlada bilər” – Zelenski qeyd edib.
Bundan əvvəl Zelenski bildirmişdi ki, rəsmi Kiyev təxribatlara sürüklənmir və diplomatiya yolu ilə sülhə nail olmaq niyyətindədir. O, həmçinin bombardman gözləmədən Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyini qeyd etmişdi.Publika.az