Zelenski yenidən rusiyalılara müraciət etdi: “Mübarizə aparın”backend

Zelenski yenidən rusiyalılara müraciət etdi: “Mübarizə aparın”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya vətəndaşlarına növbəti dəfə müraciət edib.

O qeyd edib ki, Ukrayna Rusiyada müharibəyə etiraz edən vətəndaşları görür.

“Rusiyanın etiraza çıxan bütün vətəndaşlarına demək istəyirəm ki, sizi görürük. Bu o deməkdir ki, siz bizi eşitdiniz, bizə inanmağa başlamısınız. Bizim üçün müharibənin əleyhinə mübarizə aparın”, – deyə V.Zelenski bildirib.

Qeyd edək ki, Volodimir Zelenski ötən gün də Rusiya vətəndaşlarına müraciət edərək onları müharibə əleyhinə etirazlara çağırmışdı.oxu.az

  •  (0)
  •  (0)