Zelenski xalqa müraciət etdibackend

Zelenski xalqa müraciət etdi

Ukrayna Prezidenti Vladimir Zelenski ukraynalıları Birlik Günü münasibətilə təbrik edib.

Hokm.az xəbər verir ki, Zelenski bununla bağlı öz rəsmi instaqram hesabında videomüraciət paylaşıb.

O bildirib ki, bütün ukraynalılar fərqli olsa da, onları vahid arzu – yaşamaq, sülh içində yaşamaq, xoşbəxt yaşamaq birləşdirir: “Və bütün bunlara bizim tam haqqımız var, çünki biz evdəyik, biz Ukraynadayıq. Və heç kim bizim evimizi biz sevdiyimiz kimi sevməyəcək. Biz öz evimizi birgə qoruya bilərik. Birlik gününüz mübarək, mavi-sarılar”.

Ukrayna Prezidenti daha sonra xanımı Yelena Zelenskaya ilə fotosunu paylaşaraq xalqı təbrik edib.

Xatırladaq ki, V. Zelenski fevralın 16-sının Ukraynada Birlik Günü kimi təyin edilməsi haqqında fərman imzalayıb.Redaktor.az

  •  (0)
  •  (0)