“Qurbanların sayını minimuma endirmək, müharibənin müddətini qısaltmaq, əraziləri güzəştə getmək üçün Rusiya qoşunlarının çıxarılması – və bu, 24 fevraldan əvvəl, hücumdan əvvəl olan hər şeydir”.
Hokm.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyaya qarşı müharibə kontekstində Ukraynanın prioritet məqsədlərini izah edərkən deyib.
“Mən başa düşürəm ki, Rusiyanı ərazini tam azad etməyə məcbur etmək mümkün deyil, bu, Üçüncü Dünya Müharibəsinə gətirib çıxaracaq. Hər şeyi çox yaxşı başa düşürəm və bunun fərqindəyəm. Ona görə deyirəm: bu kompromisdir. Haradan başlamısınızsa, ora qayıdın və biz orada çətin Donbas məsələsini həll etməyə çalışacağıq”.