“Biz indi Qərblə Rusiya arasında qalmışıq”.
Hokm.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün keçirilən fövqəladə iclasında çıxışı zamanı deyib.
“Biz bir aydır ki, qəhrəmancasına müqavimət göstəririk. Qlobal təhlükəsizliyin və dinc ölkənin asayişinin məhv edilməsinə görə bir aydır cəzasızlıq hökm sürür. Bütün bunlar isə dünyanın gözü qarşısında baş verir. NATO bunları anlamalıdır”, – Ukrayna prezidenti söyləyib.
Zelenski bildirib ki, Ukraynanın hədsiz dəstəyə ehtiyacı var: “Amma Alyans bizə təyyarələrinin, tanklarının faizini belə verməyib. Müharibə aparan bir ölkə üçün bu, ən pis haldır. Təəssüf ki kömək tələblərimizə cavab verilmədi”.publika.az