Ukrayna Prezidenti Volodimir Zelenski “Qələbə planı”nı Ali Radaya tam təqdim edib.
“Hokm.az” Unian.net-ə istinadən xəbər verir ki, Zelenski Radada çıxışı zamanı planın bəzi bəndlərinin artıq mediada səsləndirildiyini deyib. O, ölkəsində “qələbə” sözünün bəzi insanları narahat etdiyini də vurğulayıb.
Planını açıqlayan Zelenski bu proqramın “sülh sammitinə körpü” olacağını bildirib. O, plana əsasən müharibənin 2025-ci ilin sonunadək bitəcəyinə inandığını sözlərinə əlavə edib.
Zelenski planının 5 bənddən ibarət olduğunu bildirib.