Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, prezident Volodimir Zelenski Silahlı Qüvvələrə, Rusiya ordusunun maksimum itki verməyi barədə əmr verib.
Hokm.az xəbər verir ki, bu açıqlamanı Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının mətbuat xidməti yayıb.
“Bu gün, fevralın 24-də saat 05:00-da Rusiya Federasiyasının silahlı qüvvələri şərqdəki bölmələrimizi intensiv atəşə tutmağa başlayıb, Borispol, Ozernı, Kulbakin, Çuqev, Kramatorsk, Çernobaevka, eləcə də aerodromlara raket hücumlar; həyata keçirilib. RF Silahlı Qüvvələri Ukraynanın dövlət sərhədi boyunca və müvəqqəti işğal olunmuş Krım ərazisi ilə sərhəddə ərazi və yaşayış məntəqələrini atəşə tutmağa başlayıb. BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, düşmənin sərhədi keçmək cəhdlərinə layiqli cavab verin” deyə açıqlamada bildirilib.
Məlumatda o da qeyd olunur ki, “vəziyyət nəzarət altındadır. Rusiya qoşunları da itki verir”. Bildirilir ki, Rusiya Aerokosmik Qüvvələrinə məxsus 5 təyyarə və 2 helikopter, 2 tank vurulub, RF Silahlı Qüvvələrinin bir neçə yük maşını məhv edilib.
Qeyd edək ki, fevralın 24-də səhər saat 5:00-da Rusiya silahlı qüvvələri Ukraynanın şərqində Ukrayna Silahlı Qüvvələrini intensiv atəşə tutmağa başlayıb.Metbuat.az