Ukrayna Prezidenti Volodimir Zelenski general-leytenant Yevgeni Moysyuku beynəlxalq təhlükəsizlik təminatlarının həyata keçirilməsi və ölkənin müdafiə qüvvələrinin inkişafı üzrə xüsusi nümayəndəsi vəzifəsindən azad edib.
“Hokm.az” xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri məlumat yayıb.
O, bu vəzifəyə 2024-cü il fevralın 13-də təyin edilmişdi.
Ukrayna liderinin digər Sərəncamı ilə Moysyuku ölkənin müdafiə nazirinin müavini təyin edilib.