Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə atəşkəs olacağı təqdirdə ölkəsinə sülhməramlılara ehtiyac olacağını bildirib.
Hokm.az-ın məlumatına görə, bu barədə o, Davos Forumunda danışıb.
Zelensi deyib ki, hər hansı atəşkəs razılaşmasından sonra Rusiyanın yeni hücumunun qarşısını almaq üçün ən azı 200 min avropalı sülhməramlılara ehtiyac olacaq
O, Avropa liderlərini qitənin müdafiəsi üçün daha çox iş görməyə çağırıb.
Ukrayna lideri təhlükəsizlik zəmanətlərinə təcili ehtiyac olduğunu vurğulayıb: “200.000, minimumdur. Bu minimumdur, əks halda heç bir şey olmayacaq”, – Zelenski deyib.
O bildirib ki, komandası Trampla görüş təşkil etmək üzərində işləyir.
Zelenski Rusiya prezidenti Vladimir Putinin Ukraynadan silahlı qüvvələrinin beşdə birinə qədər azaldılmasını tələb edəcəyini, ancaq Ukraynann bununla razılaşmadığını vurğulayıb: “Onun istədiyi budur. Biz buna imkan verməyəcəyik”, – Zelenski deyib.
Zelenski çıxışında deyib ki, Avropa özünü güclü qlobal oyunçuya çevirməlidir, həm özü, həm də başqaları üçün sülh və təhlükəsizliyi təmin edə bilər.