Zelenski: “Heç kim bağışlamayacaq”backend

Zelenski: “Heç kim bağışlamayacaq”

“Xarkova hücum Ukraynaya qarşı terrordur”.

Hokm.az xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski videomüraciətində bildirib.

“Ukraynanın Xarkovu və Rusiyanın Belqorodu bir çox cəhətdən həmişə yaxın şəhərlər olub. Hətta aralarındakı sərhəd şərti idi. Amma indi Belqoroddan Xarkovu vuran raketin qanadlı zərbəsindən sonra hər şey dəyişib. Bu, şəhərə qarşı terrordur, bu, Xarkova qarşı terrordur, Ukraynaya qarşı terrordur. Heç kim bağışlamayacaq, heç kim unutmayacaq. Xarkova bu zərbə hərbi cinayətdir. Bu, Rusiya Federasiyasının dövlət terrorudur. Bundan sonra Rusiya terrorçu dövlətdir”, – deyə ölkə başçısı vurğulayıb.baku.ws

  •  (0)
  •  (1)