Ukrayna Prezidenti Vladimir Zelenski dünya liderlərini Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı hücumu ilə əlaqədar Vladimir Putinə qarşı koalisiya yaratmağa çağırıb, bu barədə Zelenski “Tvitter”də yazıb.
O, ABŞ, Almaniya, Böyük Britaniya, Polşa və Avropa İttifaqı liderlərindən Putini dərhal dayandırmağı xahiş edib.
“Putini dərhal Ukrayna və dünyaya qarşı müharibəni dayandırmağa çağırıram. AntiPutin koalisiyası yaradırıq. Dərhal sanksiyalar tətbiq olunsun, Ukraynaya maliyyə və müdafiə dəstəyi verilsin. Dünya Rusiyanı sülhə vadar etməlidir”, – Zelenski yazıb.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Rusiya və Ukrayna vətəndaşlarına müraciət edib. O, LXR və DXR rəhbərlərinin kömək xahişinə cavab olaraq Donbası qorumaq üçün hərbi xüsusi əməliyyat keçirmək qərarına gəldiyini söyləyib.