Zelenski bu şirkətlərə “Sülh mükafatı” verəcəkbackend

Zelenski bu şirkətlərə “Sülh mükafatı” verəcək

Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən Rusiya bazarlarını tərk edən beynəlxalq şirkətlərə “Sülh Mükafatı” veriləcək.

Hokm.az  Sonxeber.az-a istinadən bildirir ki, Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak beynəlxalq şirkətləri “düzgün seçim etməyə” çağırıb.

“Müharibə cinayətlərini dəstəkləmək mümkün deyil, hərbi cinayətkarlarla ticarət etmək, dinc sakinləri öldürməklə pul qazanmaq qəbuledilməzdir. Rusiya bazarını tərk edən şirkətlər ukraynalıların və bütün dünya xalqlarının hörmətinə layiqdirlər. Axı biganəlik və susqunluq ortaqdır. Məqsədimiz işğalçı ölkənin büdcəsinə bir qəpik də əlavə etməməkdir”, – deyə o bildirib.

  •  (1)
  •  (0)