Zəhranı qaçıran naməlum kişi kameraya düşdü – FOTObackend

Zəhranı qaçıran naməlum kişi kameraya düşdü – FOTO

Sabunçu qəsəbəsində yaşayan və iyunun 4-dən yoxa çıxan Zəhradan xəbər var.

“Qafqazinfo” Musavat.com-a istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, polis əməkdaşları təhlükəsizlik kameralarına baxış keçirən zaman Zəhranın naməlum şəxs tərəfindən aparıldığını müəyyən ediblər.

Hazırda qəsəbə və ətraf ərazilərdə həm Zəhranın, həm də naməlum şəxsin fotosu ilə axtarışlar davam etdirilir.

Məlumatı olan şəxslər bu nömrə ilə əlaqə saxlaya bilər: +994 50 505 40 09

Hokm.az

  •  (0)
  •  (0)