Zaqatalada gün ərzində 2-ci zəlzələbackend

Zaqatalada gün ərzində 2-ci zəlzələ

Zaqatalada gün ərzində ikinci dəfə zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Qafqazinfo”ya bildirilib ki, təkanlar yerli vaxtla saat 15:22-də Zaqatala stansiyasından 14 km cənub-qərbdə qeydə alınıb. Zəlzələ hiss olunub.

Xatırladaq ki, bu gün səhər saatlarında Zaqatalada 4,9 ballıq zəlzələ olub. Hadisə nəticəsində Zaqatala MR Xəstəxanasına 5 nəfər müraciət edib.

Hokm.az

  •  (0)
  •  (0)