Zaporojyedə terror aktına cəhdin qarşısı alınıb.
Hokm.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Təhlükəslik Xidmətindən bildirilib.
Məlumata görə, terror aktı törətmək istəyən şəxs saxlanılıb. Hələ ki adı açıqlanmayan 1966-cı il təvəllüdlü şəxsin Dnepdə yaşadığı məlum olub. Terrorçunun partlayıcı maddə ilə insanların sıx olduğu yerə gəldiyi vurğulanıb.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. Onun Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığı ehtimalı araşdırılır.