Zabitimizin şeirləri Özbəkistan mətbuatında dərc olundu – FOTObackend

Zabitimizin şeirləri Özbəkistan mətbuatında dərc olundu – FOTO

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru mayor Anar Əhmədovun Azərbaycan və Özbəkistan xalqlarının əbədi dostluq və qardaşlığına həsr etdiyi “Azərbaycan-Özbəkistan” və “Şəhərlər şəhəri, gözəl Səmərqənd” şeirləri özbək dilinə tərcümə olunaraq Özbəkistan Müdafiə Nazirliyinin mətbu orqanı olan “Vətənpərvər” qəzetinin 28 fevral 2025-ci il tarixli sayında dərc olunub.

Hokm.az xəbər verir ki, müəllifin iki ölkənin əbədi dostluq və qardaşlığına həsr etdiyi, eləcə də Gülzira Şaripova və Rahmat Babajanov tərəfindən özbək dilinə tərcümə olunmuş şeirləri bundan öncə Özbəkistanın “Marifat va Yoşlar” qəzetində, Özbəkistan Yazıçılar Birliyinin saytında və digər internet şəbəkələrində işıqlandırılıb.

Məlumat üçün qeyd edək ki, zabitimizin müəllifi olduğu “Azərbaycan-Özbəkistan”, “Şəhərlər şəhəri, gözəl Səmərqənd”, “Özbəkistan tarixi” və “Mən bir gün gedəcəyəm Özbəkistana” şeirləri, həmçinin hərbi-vətənpərvərlik mövzusunda yazdığı məqalələri ölkəmizdə fəaliyyət göstərən bir çox jurnal, qəzet və saytlarda da geniş yayımlanıb.

 

  •  (0)
  •  (0)