Yunanıstanın keçmiş Baş nazirlərindən olan Kostas Simitis 88 yaşında vəfat edib.
“Hokm.az” xarici KİV-ə istinadən xəbər verir ki, Kostas Simitisin ölümü ilə əlaqədar Yunanıstanda 4 günlük milli matəm elan edilib.
Simitis üçün elan edilən milli matəmlə əlaqədar bütün dövlət qurumlarında bayraqlar 4 gün ərzində yarıya qədər endiriləcək.
Dünyasını dəyişən 88 yaşlı Simitisin dəfn xərcləri isə dövlət büdcəsindən qarşılanacaq.
