Yoluxma sürətlə artır, məktəblər bağlanacaqmı? – Deputatdan AÇIQLAMAbackend

Yoluxma sürətlə artır, məktəblər bağlanacaqmı? – Deputatdan AÇIQLAMA

Son günlər ölkədə koronavirusa yoluxanların sayı kəskin artmaqdadır. Təəssüf ki, virusun yeni ştamına yoluxanların gündəlik sayı artıq 5 minə yaxınlaşır. 

Belə olan hallarda məktəblərdə əyani tədris müvəqqəti olaraq dayandırıla bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-ın sualını Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, deputat Musa Qasımlı cavablandırıb. O bildirib ki, hələlik buna ehtiyac yoxdur:

“Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq davranılmalıdır. Həm müəllim, texniki heyət, həm də şagirdlər arasında mövcud qaydalar gözlənilməlidir. Fikrimcə ən çətin hallarda belə tədrisin fasiləsizliyi təmin edilməlidir. Məktəblə şagirdin əlaqəsinin qırılması ziyanlı ola bilər”.

  •  (0)
  •  (0)