“Omikron”dan sonra bədəndə yaranan immunitet çox güman ki, koronavirusun digər ştamlarından qorumayacaq”.
Bunu Sfera.az-a açıqlamasında infeksionist Fəxrəddin Soltanov deyib. Həkimin sözlərinə görə, mutasiyaların artması yoluxmaların sayına ciddi şəkildə təsir göstərib:
“Hazırda virusdan qorunmağın tək yolu peyvənddir. “Omikron”a yoluxma belə digər mutasiyalara yoluxma və ağırlaşmama ehtimalını sıfıra endirmir. Hazırda koronavirusun bir sıra mutasiyaları mövcuddur və bu səbəbdən də yoluxanların sayı artmaqdadır. Bu baxımdan “Omikron” ştamına yoluxub “Delta”, yaxud digərmutasiyalara yoluxmama riski yoxdur”.
İnfeksionist buster dozanın tətbiqinə ciddi ehtiyac olduğunu deyib: “Delta variantının immunitetdən yayına bilmə xüsusiyyəti elmə məlumdur. Digər məsələ isə odur ki, “Omikron”dan öncəki variantlar əsasında hazırlanan vaksinlərin effektində “Omikron”a qarşı zəifləmə var. Odur ki, buster dozanı da alsaq, bu effekt əldə olunur”.