Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Birol Akgün Bakıya gəlib.
“Hokm.az” bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyinə istinadən xəbər verir.
Qeyd edək ki, yanvarın 10-da Prezident Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən, Birol Akgün Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.