Yeni növ koronavirus aşkar edildi – Siçanlar yayırbackend

Yeni növ koronavirus aşkar edildi – Siçanlar yayır

İsveçdə qırmızı arxalı siçanlarda (Myodes glareolus) yeni növ koronavirus aşkar edilib.

Hokm.az bildirir ki, Uppsala Universitetindən Viroloq Ake Lundkvist vurğulayıb ki, “Qrimsö” adlı virusun xalq sağlamlığı üçün hansı potensial təhlükələr yaradacağı hələ məlum deyil.Mövzu ilə bağlı araşdırmaların davam etdiyini deyən isveçli alim nəticələrin ən qısa zamanda ictimaiyyətlə paylaşılacağını bildirib.

Yeni virus hələlik heç bir insanda görülməyib, lakin ekspertlər COVID-19-u nəzərə alaraq “Qrimsö” virusunun yaxından izlənilməli olduğunu vurğulayırlar.

Mütəxəssislər, həmçinin bildirirlər ki, virus daşıyan siçanlar əlverişsiz hava şəraitində insanların yaşadığı yerlərə sığınırlar ki, bu da yoluxma riskini artırır.Sfera.az

  •  (0)
  •  (0)