Yeni əlaqələr axtarışındabackend

Yeni əlaqələr axtarışında

Məlum olduğu kimi cari ilin aprel ayının 20-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanda rəsmi səfərdə olmuşdur. Onun Azərbaycana rəsmi səfəri çərçivəsində on sənəd imzalanmışdır. İmzalanmış sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdir.

Strateji əməkdaşlığ ölkələrimiz arasında beynəlxalq münasibətlərin səmərəliliyini artıran amildir. Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq problemlər daha effektli və fəal surətdə müntəzəm müzakirə olunacağı nəzərdə tutulur.

Hər iki ölkə çoxsaylı beynəlxalq və regional təşkilatlarda təmsil olunurlar. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir. Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində hər iki ölkə həmişə bir-birini dəstəkləyir və vahid mövqedən çıxış edirlər.

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizi olduğu üçün. bu sahədəeyni siyasi və iqtisadi platformada olmalıdırlar. Belə ki, nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün hər iki ölkənin səyləri birləşdirilməlidir. Azərbaycanda yüklərin bütün istiqamətlərə – həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılmışdır. Azərbaycanın liman infrastrukturunun imkanları Qırğızıstan üçün açıqdır.

Eyni zamnda, işğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının bərpasında qardaş Qırğız Respublikasının iştirak etməsi gözləniləndir. Qırğızıstan iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətləri üçün maraqlı ola bilər. Azərbaycan şirkətlərinin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var. Mövcud istiqamətdə səylərin birləşdirilməsinə və Azərbaycanın investisiya potensialına çox ehtiyac vardır.
Həmçinin, kənd təsərrüfatı sahəsi perspektiv əməkdaşlıq istiqamətlərindən biridir. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti prezidentlərin tapşırıqlarının əməli surətdə yerinə yetirilməsi məqsədilə yerində iş aparmaq üçün yaxın vaxtlarda Qırğızıstana səfər edəcəkdir.

Hər iki xalqı birləşdirən ortaq mədəni irs və ortaq tarix mövcuddur. Humanitar sahə dövlətlərarası münasibətlərdə həmişə mühüm yer tutub. Azərbaycanın qədim Şuşa şəhərinin gələn il Türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü Qırğızıstan dəstəkləmişdir. Biz belə məsələlərdə yanımızda olan qardaş dövlətlərə minnətdarıq.

Zaur Abbasov – Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi, Nərimanov rayonun fəal gənci

  •  (0)
  •  (0)