Yeddi ayda Azərbaycana 1,5 milyon əcnəbi gəlibbackend

Yeddi ayda Azərbaycana 1,5 milyon əcnəbi gəlib

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycana  182 ölkəsindən 1 milyon 502,7 min  əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

APress.az bu bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu  əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 31,4 faiz çoxdur.Gələnlərin 29,2 faizi Rusiya Federasiyası, 16,5 faizi Türkiyə, 9,3 faizi Hindistan, 8,3 faizi İran, 4,2 faizi Səudiyyə Ərəbistanı, 4,0 faizi Gürcüstan, 3,2 faizi Qazaxıstan, 2,7 faizi Pakistan, hər birindən 1,7 faiz olmaqla Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri, 1,5 faizi Çin, hər birindən 1,3 faiz olmaqla Ukrayna və Küveyt, 1,2 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla İsrail və Oman, 1,0 faizi Belarus, 10,7 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 67,1 faizini kişilər, 32,9 faizini qadınlar təşkil etmişdi.Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,5 dəfə, Cənubi Koreyadan – 2,3 dəfə, Çindən – 2,1 dəfə, İspaniyadan – 1,8 dəfə, Qazaxıstandan – 1,8 dəfə, Qırğızıstandan – 1,7 dəfə, Filippindən – 1,6 dəfə, Pakistandan – 1,5 dəfə, İordaniyadan – 49,7 faiz, Omandan – 47,0 faiz, İrandan – 46,5 faiz, Səudiyyə Ərəbistanından – 42,8 faiz, İtaliyadan – 38,7 faiz, Yəməndən – 35,9 faiz, Türkmənistandan – 33,0 faiz, Polşadan – 31,8 faiz, Küveytdən – 29,3 faiz, Misirdən – 29,2 faiz, Özbəkistandan – 25,6 faiz, ABŞ-dan – 21,9 faiz, Ukraynadan – 20,5 faiz, Türkiyədən – 19,6 faiz, Almaniyadan – 19,3 faiz, Tacikistandan – 17,8 faiz, Rusiya Federasiyasından – 16,9 faiz, Bəhreyndən – 14,3 faiz, Fransadan – 13,5 faiz, Gürcüstandan – 11,8 faiz, Birləşmiş Ərəb Əmirliklərindən – 7,5 faiz artıb. 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 39,6 faiz artaraq 258,8 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 28,0 faiz artaraq 57,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,5 faiz artaraq 576,1 min nəfər olub.Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,0 faizi hava, 23,8 faizi dəmir yolu və avtomobil, 1,2 faizi isə dəniz nəqliyyatından istifadə edib . 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 23,1 faiz artaraq 1223,0 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 37,8 faiz, Türkiyəyə gedənlərin sayı 19,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 16,2 faiz, Gürcüstana gedənlərin sayı 15,9 faiz artmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 41,2 faizi Türkiyəyə, 21,4 faizi Rusiya Federasiyasına, 8,7 faizi Gürcüstana, 8,6 faizi İrana, 20,1 faizi digər ölkələrə səfər etmişdir.   Gedənlərin 65,0 faizini kişilər, 35,0 faizini qadınlar təşkil edib.
2024-cü ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,9 faizi hava, 28,9 faizi dəmir yolu və avtomobil, 2,2 faizi isə dəniz nəqliyyatından istifadə edib
  •  (0)
  •  (0)