YAP və BDU-nun birgə təşkilatçılığı ilə ‘Heydər Əliyev Mühazirələri’ layihəsi baş tutubbackend

YAP və BDU-nun birgə təşkilatçılığı ilə ‘Heydər Əliyev Mühazirələri’ layihəsi baş tutub

 

 

Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov ilə BDU tələbələrinin görüşü keçirilib.

Giriş sözü ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ulu Öndər Heydər Əliyevin zəngin fəaliyyətinin əsl dövlətçilik məktəbi, gənclərimiz üçün nümunə olduğunu deyib. O bildirib ki, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanı yaradan, möhkəmləndirən, dünyada tanıdan, gələcəyə doğru uğurla aparan şəxsiyyət idi.

B.Nəbiyev Azərbaycan gəncliyinin inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətlərindən bəhs edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət gənclər siyasətinin uğurla davam etdirildiyi vurğulanıb.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi irsi əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Qeyd olunub ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Gənclər siyasətinin başlıca məqsədi yeni nəslin milli ruhda, fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. Müasir Azərbaycan gəncliyi bu meyarların hamısına cavab verir: “Hər bir gənc yüksək biliklərə yiyələnməli, müstəqil ölkəmizin inkişafı naminə çalışmalı, Ulu Öndərin ideyalarına və Prezident İlham Əliyevin siyasətinə dəstək olmalıdır”.

B.İslamov 44 günlük Vətən müharibəsində gənclərin həlledici rolundan da bəhs edib. Onun sözlərinə görə, Vətən uğrunda mərdliklə döyüşən qəhrəman gənclərimiz öz adlarını tarixə qızıl hərflərlə yazdırlar.

Görüş diskussiya formatında davam edib.

  •  (0)
  •  (0)