“Əlimizdə iki seçim var, ya Üçüncü Dünya müharibəsini başladıb Rusiya ilə tamamilə müharibəyə gedəcəyik, ya da beynəlxalq hüququ pozan ölkəyə bunun bədəlini ödədəcəyik”.
Hokm.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Brayan Tayler Koenin Yutub kanalına verdiyi müsahibəsində deyib.
Bayden Rusiya Prezidenti Vladimir Putinə ilk dəfədir sanksiya tətbiq etdiklərini bildirib.
ABŞ lideri heç kimin Rusiyaya qarşı iqtisadi və siyasi sanksiyaların dərhal nəticə verəcəyini gözləmədiyini və bu sanksiyaların təsirinin uzunmüddətli perspektivdə görünəcəyini qeyd edib.
O əlavə edib ki, Rusiyanın məqsədi NATO-nu parçalamaqdır, lakin bunu bacarmayıb.Redaktor.az