Xoşqədəm Elina ilə bağlı dəhşətli görüntü yaydı – Videobackend

Xoşqədəm Elina ilə bağlı dəhşətli görüntü yaydı – Video

Ötən gün Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni axtarıram” verilişi 162 saylı məktəbin intihar edən şagirdi Elina Hacıyeva ətrafında baş verənlərə həsr olunub.

Kult.az xəbər verir ki, verilişdə Elinanın ata-anası, həmçinin ekspertlər, media nümayəndələri iştirak ediblər.

Elina haqda ən dəhşətli faktlardan biri də efirdə görüntülənib. Belə ki, özünü məktəbin 3-cü mərtəbəsindən atandan sonra xəsarət almasına baxmayaraq, direktorun otağındakı divana uzadılan və təcili tibbi yardım çağırmaq əvəzinə, müxtəlif şəxslərin saatlarla sorğu-sualına tutulan Elina haqda bir qadın “İnşallah ki, sağ qalmaz” deyir.

X.Hidayətqızı bu səsin kimə məxsus olması barədə yayılan söz-söhbətləri hallandırmayaraq, ekspertizanın bu səsin kimliyini araşdırmalı olduğunu qeyd edir.

Xatırladaq ki, veriliş boyu bir sıra xüsusi məqamlardan bəhs olunur. Həmçinin, bu gün mövzunun davam etdiriləcəyi vurğulanıb.

  •  (0)
  •  (0)