XİN başçısı İSTEFA VERDİ – Yerinə BU ŞƏXS təyin edildibackend

XİN başçısı İSTEFA VERDİ – Yerinə BU ŞƏXS təyin edildi

Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani istefa verib.

Hokm.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili məlumat verib.

Qaribaşvili bildirib ki, Zakaliani bundan sonra Gürcüstanın ABŞ-da səfiri olacaq.

“Gürcüstan Xarici İşlər Nazirliyinin yeni rəhbəri Nazirlər Kabineti Administrasiyasının rəhbəri İlya Darçiaşvili olacaq”, – İ.Qaribaşvili əlavə edib.

Qeyd edək ki, Darçiaşvili təyinatdan öncə Gürcüstanın Polşada səfiri işləyib. Onun diplomatik xidmətdə çoxillik təcrübəsi var.

  •  (0)
  •  (0)