Xəzərdə iri qaz yatağı kəşf edildibackend

Xəzərdə iri qaz yatağı kəşf edildi

“Lukoil-Nijnevoljskneft” MMC Xəzər dənizinin Rusiya sektorunda iri qaz yatağı kəşf edib.

Hokm.az xəbər verir ki, bu barədə “Rosnedra” yeraltı sərvətlərdən istifadə üzrə Federal Agentlik məlumat yayıb.

Qeyd olunur ki, “Xəzri” adlana yataq Xəzər dənizinin orta hissəsinin Rusiya sektorunda, Mahaçqala şəhərindən 70 km aralıda yerləşir.

“Xəzri” iri yataqlar qrupuna aiddir, ümumilikdə sərbəst qazın ilkin çıxarıla bilən ehtiyatları 48 mlrd. kubmetr, kondensatın isə 8,2 mln. ton təşkil edir (apa).

  •  (0)
  •  (0)