Xəbər verdiyimiz kimi xalq artisti Ağadadaş Ağayev xərçəng xəstəliyindən əziyyət çəkir. Bir müddət öncə əməliyyat olunub.
Hokm.az xəbər verir ki, xəstəxanada olan xalq artistinə Hacı Nuran yenidən baş çəkib. Onunla fotolarını sosial media hesabında paylaşıb. Hacı Nuran bildirib ki, Ağadadaş Ağayevin son günlər oxuduğu xəbərlə görə qanı qara idi:
“Bu gün yenə müalicə alan böyük qardaşım Ağadadaş Ağayevə baş çəkdim… Nə qədər “gəlmə, narahat olma” desə də ayaqlarım istər-istəməz məni İstanbulun mərkəzində yerləşən xəstəxanaya apardı…Palatanın qapısı yenə açıq idi. Həkim Ağadadaşı müayinə edirdi… Son günlər oxuduğu xəbərlərdən qanı qara idi.Bu da onun səhhətinə barbaşa təsir edir desəm yanılmaram. Çünki xərçənglə mübarizənin motivasiya olduğunu gözəl bilirəm. Düzdür, etiraf edim ki, Ağadadaş da bu xəstəlik qarşısında aciz deyil. Hətta onun xərçəngə qarşı mübarizəsi məni valeh etmişdi. Mübarizə aparır, kefini pozmamağa çalışırdı. Amma dost itkisi ağır olur. Və bu da Ağadadaş Ağayevin simasında açıq-aydın hiss olunurdu. Məni görən kimi gülümsündü “Dedim axı gəlmə”, dedi… Heç elə şey olardımı? Mən qardaşıma baş çəkmədən rahat dura bilərdimmi? Əsla …Yenə danışdıq, yenə güldük… Hər şeyi unutduq biranlıq. Məncə, elə ən gözəl dərman, ən effektiv müalicə də budur”.big.az