Xəstəxanada 7 nəfər oksigensiz qalıb öldü, Səhiyyə nazirini işdən qovdular – FOTObackend

Xəstəxanada 7 nəfər oksigensiz qalıb öldü, Səhiyyə nazirini işdən qovdular – FOTO

Xəstəxanada oksigen tükənməsi 7 nəfərin ölümünə səbəb olub.

Hokm.az milli.az-a istinadla xəbər verir ki, xəstəxanada oksigen ehtiyatının bitməsi nəticəsində tənəffüs aparatına qoşulan 7 Covid xəstəsi dünyasını dəyişib.

Hadisə İordaniyada, As-Salt şəhərində baş verib. Olay ölkədə qalmaqala səbəb olub, etiraz doğurub. Ölənlərin yaxınları və qohumları xəstəxananın həyətinə yığışaraq etiraz aksiyası keçiriblər.

Reuters-in məlumatına görə, bu hadisədən sonra Baş nazir Səhiyyə naziri Nathir Obeidatı vəzifəsindən azad edib.

  •  (2)
  •  (4)