Rusiyanın genişmiqyaslı hərbi əməliyyatları nəticəsində Xarkovda 150 min insan evsiz qalıb.
Bu barədə Strasburqda Şəhərlər Assosiasiyasının Baş Assambleyasının iclasında Xarkov şəhərinin meri İqor Terexov məlumat verib.
İ.Terexov bildirib ki, müharibə başlayandan indiyədək Xarkov şəhərində 3,5 min ev dağıdılıb, onlardan 500-ü çoxmərtəbəli binadır və bərpası mümkün deyil.
“Düşmən hər gün infrastruktur obyektlərini, yaşayış binalarını yerlə-yeksan edir, bütöv mikrorayonları məhv edir. Axı bütün bunların arxasında insanların həyatı və taleyi dayanır”, – deyə Xarkov şəhərinin meri vurğulayıb.
İ.Terexov çıxışında bildirib ki, artıq britaniyalı memar Norman Fosterin rəhbərliyi ilə Xarkov şəhərinin yeni baş planının hazırlanmasına başlanılıb.