Xarici İşlər Nazirliyində yeni rəis TƏYİNATIbackend

Xarici İşlər Nazirliyində yeni rəis TƏYİNATI

Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Təhlükəsizlik İdarəsinə kimin rəis təyin edildiyi məlum olub.

Hokm.az-ın məlumatına görə, bu vəzifəyə Samir Becanov gətirilib.

O, parlamentdə bu gün keçirilən ictimai dinləmədə çıxış edib. Samir Becanov COP29 baş danışıqçısının müavini olub.

Qeyd edək ki, XİN-in sözügedən idarəsinə ötən ilin sentyabr ayınadək Yalçın Rəfiyev rəhbərlik edib. O, Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2023-cü il tarixli sərəncamı ilə xarici işlər nazirinin müavini təyin olunub.

  •  (0)
  •  (0)