Xaricdə təhsil ilə bağlı yaş məhdudiyyəti barədə AÇIQLAMAbackend

Xaricdə təhsil ilə bağlı yaş məhdudiyyəti barədə AÇIQLAMA

Xaricdə təhsillə bağlı yaş məhdudiyyəti meyarlar olaraq müəyyən ediləcək. Yəqin ki, əvvəlki proqramda olduğu kimi bu meyar 35-40 yaş arası olacaq, bunu Təhsil naziri Emin Əmrullayev martın 1-də keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, hələ bu meyar dəqiqləşməyib. Məsələ dəqiqləşəndən sonra ictimaiyyətə açıqlanacaq.
Onun sözlərinə görə, əgər xaricdə dövlət proqramı ilə təhsil alan tələbə ölkəyə qayltmaq intina edərsə dövlətin pulunu qaytarmalıdır. dövlət ona görə tələbələri maliyyələşdirir ki, ölkənin ehtiyaclarına uyğun fəaliyyət qursun.

“Ötən dövlət proqramlarında oxuyub qayıdan şəxslər yenidən müraciət edə bilməz. Yalnız əvvəlki illər müraciət edib keçə bilməyənlər yenidən müraciət etmək imkanına malikdir. Qalib olanların yenidən seçilməsi digər məzunlarla müqayisədə ədalət prinsipinin pozulması olar”, deyə nazir söylədi.

Prezident İlham Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilib. Təhsil Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli və Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Təhsil Nazirliyinin sifarişi əsasında İqtisadiyyat Nazirliyi həyata keçirəcək. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
  •  (0)
  •  (0)