Xanlar Vəliyev Müdafiə Nazirliyinin hərbçiləri ilə görüşdü – Fotolarbackend

Xanlar Vəliyev Müdafiə Nazirliyinin hərbçiləri ilə görüşdü – Fotolar

Zəfər Günü ərəfəsində hərbi prokuror Xanlar Vəliyev Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi qulluqçularla görüş keçirib.

Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb, Dövlət Himni səsləndirilib.

Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev, general-mayor Müşfiq Məmmədov, general-mayor Akif Pirverdiyev çıxışlarında Prezident İlham Əliyevin rəhbərliyi ilə son 21 il müddətində ölkəmizdə görülmüş müstəsna işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə qazanılmış misilsiz uğurların əldə edilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm əhəmiyyət kəsb etməsindən söz açıblar. Eləcə də ətraf mühitin daha da sağlamlaşdırılmasından və etibarlı qorunmasından bəhs edilib.

Habelə ölkə rəhbərinin uğurlu xarici siyasəti sayəsində dövlətizin beynəlxalq aləmdə durmadan artan nüfuzundan, o cümlədən ölkəmizdə keçiriləcək COP29-un mahiyyətindən və əhəmiyyətindən, eyni zamanda, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçinin ekoloji qanun pozuntularından, o cümlədən ekoloji cinayətlərdən və məsuliyyətdən danışılıb.

Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olub. Onları maraqlandıran suallar cavablandırılıb, eləcə də hərbçilərin məişət və xidmət şəraiti, həmçinin, qayğı və problemləri ilə maraqlanılıb.

Tədbirdən sonra ağaclar əkilib.

 




  •  (0)
  •  (0)