Xankəndinə azərbaycanlılar nə zaman köçürülür?backend

Xankəndinə azərbaycanlılar nə zaman köçürülür?

44 günlük Vətən müharibəsi Azərbaycan ordusunun şanlı qələbəsi ilə nəticələndi. Döyüş meydanında ağır məğlubiyyətə uğrayan Ermənistan ağ bayraq qaldıraraq təslim oldu. Nəticədə Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan Baş nazirinin iştirakı ilə üçtərəfli bəyanat imzalandı. Bugün hər kəsi maraqlandıran məsələ Xankəndinə, Xocalı və Xocavəndə azərbaycanlıların nə zaman köçürüləcəyidir. Belə ki, Xankəndinə, Xocalıya və Xocavənddə azərbaycanlılar nə zaman köçürüləcək?

Hokm.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Elman Nəsirov bildirib ki, Xocalı, Xocavənd və Xankəndinlə bağlı əsasız fikirlər səsləndirirlər. Bu qətiyyən yolverilməzdir:

“Rusiya prezidenti də son çıxışında vurğuladı ki, Qarabağ Azərbaycanın ərazisidir. Dağlıq Qarabağ ətrafında olan və işğaldan azad etdiyimiz rayonlar Azərbaycana məxsusdur. Bunun xüsusi ispata ehtiyac yoxdur. Xocalı, Xankəndi, Xocavənd və digər işğaldan azad olunmuş rayonlar Azərbaycanındır. O ki qaldı həmin ərazidə azərbaycanlıların yerləşdirilməsi məsələsinə, bu sırf texniki məsələlərlə bağlıdır. Hazırda ermənilər Qarabağa köçürülür. Hansı ki, o ermənilər vaxtilə orada yaşayıb. Həmin ermənilərin geri dönüşü təşkil edilir.

90-cı ilin əvvəllərində deportasiya olunmuş və qovulan azərbaycanlıların da oraya köçürülməsi təşkil ediləcək. Bunun üçün də Rusiya sülhməramlıları mövcuddur. Azərbaycan vətəndaşı olan ermənilər həmin ərazilərdə yaşayır. Azərbaycanlıların da geri qayıdışı təmin edildikdən sonra müxtəlif toqquşmaların olması qaçılmaz ola bilər. Bu da anlaşılandır. Ona görə də Rusiya sülhməramlıların funksiyası anlaşılandır və onlar çalışmalıdır ki, buna imkan verməsinlər”.

Deputat qeyd edib ki, azərbaycanlıların ora köçürülməsi zamanla baş tutacaq: “Bilirsiniz ki, işğaldan azad olunmuş rayonlarımızda bərpa işləri ilə bağlı addımlar atılır. Buraya mütəxəssislər də cəlb edilir. Yolun və dəmiryolun çəkilməsi ilə bağlı işlər müzakirə olunur, işlər görülür. Bütün bu işlər görüldükdən sonra azərbaycanlıların ora köçürülmə prosesi başlayacaq. Bu da planla şəkildə həyata keçiriləcək. Bütün hazırlıqlar başa çatdıqdann sonra öz dəd-baba yurduna qaytarılacaq sodaşlarımızın siyahısı tərtib edilməlidir. Onların oraya köçdükdən sonra mənzil və təsərrüfat məsələləri öz həllini tapmalıdır. Köçürlüsün deməklə iş bitmir. Soydaşlarımızın orada yaşaması üçün bütün şəraiti yaradılmalıdır.Bu gün qərar qəbul elə, sabah da ora köçür bu qədər asan deyil. Müəyyən hazırlıq işləri görülməlidir. Əsas odur ki, bu gün Ermənistanda baş verən hadisələrdir. Ermənistanın bugünki halını görən də Azərbaycanda 90-cı illərin əvvəllərindəki durum yaddıma düşür. Tamailə anarxiya və başıpozuqluq baş alıb gedir. Ermənistanda vətəndaşlıq müharibəsi, vəzifə uğrunda mübarizə, sabaha inamsızlıq mövcuddur. Orada istənilən zaman dövlət çevrilişi baş verə bilər. Bu reallıqdır. Qarabağ ərazisində yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır.Ermənilər Azərbaycan pasportu ilə hərəkət edə biləcəklər. Azərbaycan pasportunu daşımayan ermənini orada yaşamaq üçün heç bir haqqı və hüququ yoxdur. Ona görə də hansı erməni Qarabağa qayıdırsa o cibində Azərbaycan pasportunu daşımalı olacaq”.

  •  (1)
  •  (1)