Gəncə Dövlət Dram Teatrının rejissoru, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Vaqif Şərifovun vəziyyəti ağırlaşıb.
Hokm.az APA-ya istinadla xəbər verir ki, Xalq artistinin səhhətində ciddi problem yarandığı üçün Gəncə şəhər 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, ürəyində problem yaranan V. Şərifovun vəziyyəti ağır olaraq qalır.