Xalq artisti Arif Quliyev dünyasını dəyişən oğlu Fərid Quliyevdən danışıb.
Hokm.az xəbər verir ki, “Mətanətli səhər” proqramında qonaq olan aktyor oğlunun həbsində özünü günahlandırıb. O bildirib ki, oğlunun tərbiyəsinə lazımi qədər vaxt ayırmayıb:
“Ailə özü kəsilməmiş bir qarpızdır. Bilmək olmur… Ailə mürəkkəb münasibətlər aləmidir. Səyahətlərdə, tamaşalarda olurdum, övladıma diqqət yetirmirdim. Harada olursansa, maraqlanmalısan, övladının kimlərin əhatəsində olduğunu bilməlisən. Övlad dünyaya gətirirlər ki, ictimai bir insan yetişdirsinlər. Hər valideyn öz övladına dəstək olmalıdır. Bəzi ailələri görürəm ki, özü alimdir, oğlunu da bu cür yetişdirmək istəyir. Əgər ata-ana o istedad qığılcımını görürsə, kömək etməlidir. Zorla heç nə etmək olmaz”.
Qeyd edək ki, Xalq artistinin oğlu Fərid Quliyev 12 il əvvəl qəsdən adam öldürmə maddəsi ilə 14 il müddətinə azadlıqdan məhrum edilmişdi. 11 illik həbsxana həyatından sonra əfv olunan F.Quliyev uzun müddət vərəm xəstəliyindən əziyyət çəkib. O, 2012-ci ildə xəstəlikdən dünyasını dəyişib.Axşam.az