Bir çox “WhatsApp” istifadəçisi yazmaqdansa səsli mesaj göndərməyə üstünlük verir. Ancaq bəzən dediklərindən peşman olub, mesajı ləğv etmək istəyirlər. Bu halda mesajı göndərmədən əvvəl onu dinləmək lazımdır.
Hokm.az xəbər verir ki, “WhatsApp” bu yaxınlarda tətbiqin ən son beta versiyası “v2.21.22.6”da səsli mesajla bağlı yenilik edib.
Belə ki, istifadəçilər səs yazarkən artıq onu göndərmədən öncə dinləyə biləcəklər. Bunun üçün “səsli mesaja baxış” funksiyası istifadəyə verilib.