Vüqar Qurbanovun qardaşına yüksək vəzifə VERİLDİbackend

Vüqar Qurbanovun qardaşına yüksək vəzifə VERİLDİ

Vüsal Qurbanov Mərkəzi Bankın baş direktoru təyin edilib.

Hokm.az-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov əmr imzalayıb.

O, 1980-ci ildə Zaqatala şəhərində anadan olub. 2000-ci ildə Azərbaycan Kooperasiya Universitetini “Maliyyə və kredit” ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2004-ci ildə Azərbaycan Kooperasiya Universitetini “Maliyyə və kredit” ixtisasını magistr dərəcəsi ilə bitirib. 1998-ci ildən etibarən müxtəlif sığorta şirkətlərində sığorta üzrə mütəxəssis, baş mütəxəssis, şöbə müdiri, departament müdirinin müavini, İdarə Heyətinin sədr müavini vəzifəsində çalışmışdır.

2020-ci ilin yanvar ayında Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsinin icraçısı təyin edilib. 2020-ci ilin aprel ayından 2025-ci ilin fevral ayınadək Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində işləyib.

2025-ci ilin fevral ayının 3-də Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib. Ailəlidir, 2 övladı var.

“Unikal” saytı yazıb ki, Vüsal Qurbanov Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun qardaşıdır.

  •  (0)
  •  (0)