Vüqar Oruc: Bütün hallarda indi fərdi yaşayış evləri və bağ evləri diqqət mərkəzindədirbackend

Vüqar Oruc: Bütün hallarda indi fərdi yaşayış evləri və bağ evləri diqqət mərkəzindədir

Hazırda mənzil  qiymətlərində müəyyən sabitləşmə meydan gəlib.

Bunu “Fins.az” a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri,  “VECON CONSULTING” qiymətləndirmə şirkətinin təsisçisi Vüqar Oruc deyib.

 

Onun sözlərinə görə qiymətlərdə müşahidə edilən bu stabilləşmə yay aylarında insanların mənzillərə deyil,  daha çox fərdi yaşayış evlərinə xüsusən də bağ evlərinə müraciət etməsi ilə bağlıdır.

Vüqar Oruc mənzil bazarında qiymətlərin stabilləşməsinin  digər səbələrinə də aydınlıq gətirərək “İmkanları nisbətən normal olan təbəqə bağ evlərinin alqı-satqısını gerçəkləşdirir. Digər təbəqə isə müvəqqəti də olsa mövsümü kirayə ilə kifayətlənir. Bütün hallarda indi fərdi yaşayış evləri və bağ evləri diqqət mərkəzindədir. Mənzillər isə yalnız İpoteka Kredit Zəmanət Fondu o cümlədən Mənzil  İnşaatı üzrə Dövlət Agentliyi (MİDA) müvafiq sosial ayırmalar həyata keçirir və bundan sosial məqsədlə bəzi vətəndaşlarımız bundan istifadə edərək, mənzil alırlar. Hazırda növbəti limitin ayrılması gözlənilsə də hələ bu limit ayrılmayıb. O baxımdan mənzil bazarında stabillik müşahidə edilir. Ötən ilə nisbətən bu ilin yanvar və fevral ayları ərzində sıçrayışlı qiymət artımı baş verdi. Mart Aprel aylarında qiymət artımın tempi aşağı düşdü may ayı isə stabillik dövrü kimi qeydə alındı,”-deyə əlavə edib.

O eyni zamanda Bakının ayrı-ayrı rayonları üzrə mənzil qiymətlərinin artımına da toxunara “Bakının rayonları üzrə hər hansı artımı söyləmək mümükün deyil. Qiymətlərdə müəyyən stabilliyin yaranması söyləmək mümükündür,”-deyə fikirlərini tamamlayıb.

  •  (0)
  •  (0)