“Vəziyyəti ağırdı, rəsmi xəbər gəlməyənədək heç bir informasiyanı paylaşmayın”backend

“Vəziyyəti ağırdı, rəsmi xəbər gəlməyənədək heç bir informasiyanı paylaşmayın”

Gənclər və İdman Nazirliyindən Azad Rəhimovun ölümü ilə bağlı yayılan xəbərlərə münasibət bildirilib.

Hokm.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova sosial şəbəkə hesabından nazirin vəziyyətinin ağır olduğunu qeyd edib:

“Çox xahiş edirəm, Azad müəllimin ailəsindən rəsmi xəbər gəlməyənədək heç bir informasiyanı paylaşmayın. Mən Azad müəllimin ailəsi ilə bir neçə dəqiqə bundan öncə əlaqə yaratmışam. Vəziyyəti ağır olaraq qalır. Hər hansı bir yenilik olduğu təqdirdə dərhal sizinlə bölüşəcəm. Anlayışınız üçün təşəkkür edirəm”.

  •  (0)
  •  (0)