Koronavirusa yoluxmuş vərəm xəstələri arasında dərmanlara həssas və davamlı olanlar var.
Hokm.az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova deyib.
“Respublikada müştərək Vərəm/COVID-19 infeksiyalı xəstələrin müalicəsi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun (ETAXİ) nəzdində fəaliyyət göstərən Xüsusi Təhlükəli infeksiyalar şöbəsində həyata keçirilir. 2020-2021-ci illər ərzində ETAXİ-nin həmin şöbəsində Vərəm/COVID koinfeksiyalı xəstələr stasionar müalicədə olub, onların arasında həm vərəmin dərmanlara həssas forması, həm də vərəmin dərmanlara davamlı forması olan xəstələr müəyyən edilib”, – deyə o bildirib.