Valideynlərin iltizam sənədi yazması məsələsinə baxılacaq – AÇIQLAMAbackend

Valideynlərin iltizam sənədi yazması məsələsinə baxılacaq – AÇIQLAMA

“Evdə koronavirusa xəstəsi olan valideyn iltizam sənədi yazaraq övladını məktəbə göndərməyə bilər”. 

Oxu.Az-ın məlumatına görə, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.

Onun sözlərinə görə, bu qərar ötən il olduğu kimi yeni tədris ilində də keçərlidir:

“Amma pandemiya səbəbindən övladını məktəbə göndərmək istəməyən valideynlərin iltizam sənədi yazması məsələsinə baxılacaq. Bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarına dəyişiklik edilməlidir”.

  •  (1)
  •  (0)