Valideynlərin DİQQƏTİNƏ: Uşaqlara yalnız bu hallarda antibiotik verilməlidir!backend

Valideynlərin DİQQƏTİNƏ: Uşaqlara yalnız bu hallarda antibiotik verilməlidir!

“Antibiotiklər vacib hallarda təyin edilir, amma nəzərə alınmalı məsələlər var”.

Hokm.az bildirir ki, bunu pediatr Aytən İsmayılzadə deyib. O bildirib ki, antibiotik kursları qısa olmamalı, minimum 5 gün davam etməlidir:

“Qısa kursla hesab edirlər ki, zərər az olur, amma bu zaman bakteriyalar ölmür, süstləşir, bir müddət sonra daha aktiv baş qaldırır. Antibiotik üç gün verildisə və heç bir effekt olmadısa dəyişdirilməlidir. Antibiotikdən sonra probiotik təyin etməyi həkim unudubsa və ya lazım bilməyibsə də, valideynlər probiotik verməlidir.  Probiotikin tərkibində  bifidum bakteriya  və laktobakteriyalar olması kifayətdir. Probiotik verilmədikdə  növbəti xəstəlik üçün immunitet zəifləmiş olur. Beş və ya yeddi günlük antibiotik təyini zamanı göbələk əleyhinə dərman lazım deyil. Ağır xəstəliklər zamanı iki həftədən çox və bir neçə antibiotik istifadə edildikdə göbələk əleyhinə dərmanlar verilir. Lakin bunların qaraciyərə mənfi təsiri olduğunu unutmaq olmaz”.

Mütəxəssis valideynlərə məsləhət görüb ki, su qatılıb düzəldilmiş antibiotik suspenziyaları soyuducuda saxlanmalı və 14 gündən sonra atılmalıdır:

“Əgər uşaq antibiotiki sirop şəklində içməkdən imtina edirsə, bu zaman inyeksiya (iynə) şəklində formaya keçmək daha ağır antibiotik vermək anlamına gəlmir. Həmçinin uşaq  antibiotik suspenziyanı qaytarırsa, dozanı az-az iki dəfəyə vermək olar. Vəziyyət  həqiqətən də antibiotik təyinatını tələb edirsə, bu zaman onların  zərərlərini müzakirə etməyə dəyməz. Eyni zamanda hərarət yüksəkdir deyə antibiotik təyin edilməməlidir. Otit, sistit, piodermiya və.s kimi hərarətsiz hallarda da antibiotik təyini mümkündür. Yəni antibiotik üçün davamlı hərarət olması şərt deyil. İlk üç  hərarətli gündə ağırlaşma yoxdursa, antibiotik  təyin edilmir. Yerli təyin olunan antibiotiklərin isə bədənə ümumi mənfi təsiri yoxdur”.

 

  •  (2)
  •  (0)