Valideyin istəsə övladını məktəbə buraxmaya da bilər – Nazirbackend

Valideyin istəsə övladını məktəbə buraxmaya da bilər – Nazir

“Virtual məktəb və distant təhsil paralel davam etdirildiyinə görə valideyinlərin uşağını məktəbə göndərmək və ya göndərməmək seçimini tanıyırıq”.

Hokm.az xəbər verir ki, bunu yeni tədris ilinin başlanması ilə bağlı KİV nümayəndələri üçün brifinqdə Təhsil Naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, valideyinə övladının hansı təhsil növünü seçmək haqqı veriləcək:

“Bu seçim epidemioloji vəziyyətdən asılı olaraq dəyişə bilər. İctimai müzakirələr zamanı bəzi valideyinlər məktəblərin açılmasını təhlükəli hesab edirdi, əksər valideyinlər məktəblərin açılması tərəfdarı idi. Amma bu seçimin valideyinlərə verilməsi baş verəcək. Valideyinlər müvafiq qaydada təhsil müəssisələrini məlumatlandırmaqla öz övladlarınının ya distant onlayn, ya da həftədə iki dəfə məktəbə əyani üsulla gəlib, digər fənləri və dərsləri isə təbii ki, distant teledərslər və ya “virtual məktəb” vasitəsilə almasını valideyin seçə biləcək”.

Qeyd edək ki, Azərbaycanda tədris ili sentyabr ayının 15-dən başlayır.

  •  (1)
  •  (1)