Şəmkirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Hokm.az” xəbər verir ki, dünən saat 13 radələrində rayonun Qədimqala kənd sakini 2000-ci il təvəllüdlü Anar Məşədiyevin yaşadığı evin həyətində üzərinə beton plitə düşüb. Nəticədə o, hadisə yerində ölüb.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
***
“Unikal”ın məlumatına görə, bədbəxt hadisə nəticəsində ölən gəncin sabah nişan mərasimi olacaqmış.