Hokm.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus deyib.“Pandemiyanın bizə öyrətdiklərindən hamımız dərs götürməliyik”, – deyə təşkilat sədri Kiçik Ada Dövlətləri sammitində danışarkən bildirib.
O qeyd edib ki, “yeni epidemiyalara və pandemiyalara hazır olmaq, güclü tibbi yardım əsasında bunların qarşısını almaq, aşkarlamaq və onlara qarşı vaxtında tədbir görmək üçün mümkün olan hər şeyi etmək” lazımdır.