Dünya Səhiyə Təşkilatının yeni hesabatına görə planetdə demək olar hər kəs çirkli hava ilə nəfəs alır.
Dünya Səhiyə Təşkilatının yeni hesabatı dünya əhalisinin 99%-nin təhlükəsiz limitini aşmış çirkli havaya ilə nəfəs aldığı məlum olub.
Bu barədə Qaynarinfo “Financial Times” qəzetinə istinadən xəbər verir.
Səhiyə qurumu bildirir ki, dünya əhalisinin 99%-i həmişə və ya çox vaxt təhlükəli səviyyədən artıq dərəcədə çirkli hava ilə nəfəs alır. Qurum çirklənmənin əsas səbəbi kimi fossil yanacaqlarının təcili şəkildə azaldılmasına ehtiyac olduğunu vurğulayır.
Hava çirklənməsi əsasən az və orta gəlirli ölkələrin əhalisinə daha çox təsir edir, ancaq ümumilikdə çirklənmə zəngin bölgələrdə də insan həyatını qısaldır. Təşkilatın Ətraf Mühit və İqlim dəyişikliyi deepartamentinin rəhbəri Maria Neira bildirir ki, hesablamalara görə çirkli hava təkcə Avropada ilə 400 min insan həyatına son qoyur.
Havanı ən çox çirkləndirən maddələr nitrogen dioksid və partikulat hissəciklər (PM) hesab olunur. Bu maddələr nəfəs yolu ilə ciyərə və qana daxil ola, ürək və beyin xəstliklərinə səbəb ola bilir. Ümumilikdə bu maddələr insan bədənində istənilən orqanı zədələyə bilir.
ÜST-ün hesabatına görə, ən çox havası çirklənmiş şəhərlər Hindistanda Dehli və Banqladeşdə Dakadır. Bu şəhərlərdə hava çirklənməsi Dünya Səhiyə Təşkilatının tövsiyyə etdiyi səviyyədən 10 dəfə çoxdur.