ÜST-dən koronavirusun kəskin yoluxucu ştamının yayılması barədə XƏBƏRDARLIQbackend

ÜST-dən koronavirusun kəskin yoluxucu ştamının yayılması barədə XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri koronavirus infeksiyasının kəskin yoluxucu XE ştamının yayılması barədə xəbərdarlıq edib.

Hokm.az Trend-ə istinadən bildirir ki, ilkin tədqiqatların nəticələri “XE”-nin yoluxuculuğunun BA.2 ilə müqayisədə 10 faiz yüksək ola bildiyi üzə çıxıb.

Lakin alimlər bu iddianın əlavə təsdiqə ehtiyacı olduöunu vurğulayırlar.

ÜST həmçinin qeyd edib ki, təşkilat koronavirusun digər ştamları ilə birlikdə rekombinant variantlarla əlaqəli ictimai sağlamlıq riskini yaxından izləməyə və qiymətləndirməyə davam edir.

  •  (0)
  •  (0)