Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus bildirib ki, koronavirus pandemiyası bu il bitə bilər.
Hokm.az “Euronews”a istinadən xəbər verir ki, ÜST-ün Cenevrədəki mənzil-qərargahında keçirilən mətbuat konfransında danışan Ghebreyesus təşkilatın 2022-ci ildə COVİD-19 qlobal fövqəladə vəziyyətinə son qoymaq planının təfərrüatlarını paylaşıb.
“2022-ci ildə COVİD-19 pandemiyasına son vermək üçün strateji hazırlıq və mübarizə planı”nı açıqlayan Ghebreyesus “COVİD-19 bu il bitə bilər və bu bizim üçün sonuncu virus olmalıdır” deyə açıqlamasında bildirib.
Ghebreyesus virusun təkamülü üçün sonuncu 3 variantın olduğunu ifadə edib:
“Bundan sonra virus yayılarsa, gücləndirici doza tələb etməyəcək və biz bir neçə variant görəcəyik. İkinci variantda virusun təkamülə davam etdiyini görə bilərik, lakin peyvəndlər sayəsində ağır xəstəliyin dərəcəsi azalacaq. Ən pis halda bundan sonra virusun daha ağır və yoluxucu variantlarının ortaya çıxdığını və heç bir peyvəndin bu yeni təhlükəyə qarşı işləmədiyini görə bilərik. Bu isə çox az ehtimaldır”.azxeber.com